Sosial
“Bütün vücudlar danışır” layihəsinin illik yekun tədbiri keçirilib

“Dance Ability Azərbaycan” İnklüziv Rəqs Şirkətinin təşkilatçılığı, “Qırmızı Ürəklər Fondu” və “Kapital Bank”ın tərəfdaşlığı ilə reallaşan “Bütün vücudlar danışır” layihəsinin bir illik fəaliyyətinə dair hesabat tədbiri keçirilib.
Nizami Kino Mərkəzində keçirilən tədbirdə son bir ildə görülən işlər təqdim olunub, inklüziv rəqs nömrəsi göstərilib, həmçinin layihənin bir ilini əhatə edən sənədli film nümayiş etdirilib.
“Bütün vücudlar danışır” layihəsinin məqsədi cəmiyyətin müxtəlif qruplarını – həm əlilliyi olan, həm də olmayan insanları bir araya gətirərək onların fiziki və emosional rifahını yaxşılaşdırmaq, dostluq və ünsiyyət üçün imkanlar yaratmaq, eləcə də inklüzivliyi gücləndirməkdir. Bununla yanaşı, layihə əlillik mövzusunda ictimai məlumatlılığın artırılmasına da töhfə verir. Ötən il ərzində layihəyə ümumilikdə 587 nəfər qatılıb. Onların 396-sı əlilliyi olan, 191-i isə əlilliyi olmayan şəxslərdir.
Xatırladaq ki, 2025-ci il 3 noyabr tarixindən etibarən “Bütün vücudlar danışır” layihəsinin növbəti mərhələsinə start veriləcək.
Qeyd edək ki, “Red Hearts” – “Qırmızı Ürəklər Fondu” 2020-ci ildə “Kapital Bank”ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlayıb. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. “Qırmızı Ürəklər Fondu”nun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.
-
Sosial15:17
Rəhbər şəxslər kütləvi şəkildə işdən çıxır - Metropolitendə nə baş verir?
-
İdman14:18
Azərbaycanla oyundan əvvəl fransalı futbolçuların dəb şousu - FOTOLAR
-
Maraq dünyası13:36
Dünyada ilk smartfon Azərbaycanın bu filmi əsasında hazırlanıb: Maraqlı FAKT - VİDEO
-
Dünya13:16
Azərbaycandan qayıdan Ərdoğandan mühüm açıqlama: Göstəriş vermişik ki...
-
Sosial12:38
Pensiya alanların NƏZƏRİNƏ
-
Nida Xəbər 11:58
Əli Əsədov qərar imzaladı
-
Magazin210:58
Saxlanılan məşhurlarla bağlı göstəriş verildi - Yeni detallar
-
Magazin210:46
Bu gün nişanı olacaqdı, saxlanıldı - FOTOLAR