Fransa - Azərbaycan oyunu ona tapşırıldı
Bizi izləyin

İdman

Fransa - Azərbaycan oyunu ona tapşırıldı

Azərbaycan milli komandasının oktyabrın 10-da Fransa yığması ilə Parisdə keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.

Publika.az xəbər verir ki, “Park de Prens” stadionunda təşkil olunacaq görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək. Görüşdə əsas söz sahibi Rohit Saqqi olacaq. Ona Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen və Daniel Hiqraff köməklik edəcək.

VAR hakimi Tom Harald Haqen olacaq. Ona Siqurd Krinqstad assistenlik edəcək.

Qeyd edək ki, oktyabrın 10-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm