Ərdoğan xəbərdarlıq etdi: Buna heç vaxt icazə verməyəcəyik
Bizi izləyin

Dünya

Ərdoğan xəbərdarlıq etdi: Buna heç vaxt icazə verməyəcəyik

“Biz Suriyanın yenidən qeyri-sabitliyə sürüklənməsinə heç vaxt icazə verməyəcəyik”.

Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

“Bu məsələdə aydın mövqe tuturuq. Türkiyə bölgədəki bütün hadisələri yaxından izləyir. Səbirli, ağıllı və ləyaqətli mövqeyimiz heç vaxt qeyri-adekvatlıq əlaməti kimi qəbul edilməməlidir. Suriya Demokratik Qüvvələri verdiyi vədlərə əməl etməlidir. Onlar Suriya ilə inteqrasiyanı başa çatdırmalıdırlar.

Ankaraya və Dəməşqə üz tutanlar qazanacaq. Türk, kürd və ərəb ittifaqı bölgədə davamlı sülh və əmin-amanlığın açarıdır. Heç kim təxribatlara boyun əyməməli və yalançı həvəsə qapılmamalıdır. Suriyanın ərazi bütövlüyü bizim üçün vacibdir. Buna qarşı çıxan heç bir münasibəti qəbul edə bilmərik. Türkiyə Suriya xalqının yanında olmağa davam edəcək”.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm