Dünya
Türkiyə bu ölkədən ikinci əl qırıcı təyyarələr alacaq
Türkiyə Hərbi Hava Qüvvələrinin modernləşdirilməsini sürətləndirmək üçün Qətərdən ikinci əl “Eurofighter Typhoon” təyyarələri alacaq.
Publika.az xəbər verir ki, bu barədə “Middle East Eye” (MEE) məlumat yayıb.
Bildirilib ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Camal Kadıoğlu Dohada bu məsələ ilə bağlı danışıqlar aparır.
Məlumata görə, Türkiyənin sürətlə köhnələn F-16 donanmasını əvəz etmək üçün təcili olaraq yeni nəsil döyüş təyyarələrinə ehtiyacı var. Ankara 2030-cu illərin əvvəllərində istifadəyə verilməsi planlaşdırılan yerli istehsal beşinci nəsil “KAAN” döyüş təyyarəsinin istehsalına qədər bu boşluğu ikinci əl “Typhoon”larla doldurmağı hədəfləyir.
İyul ayında İngiltərə ilə 40 ədəd “Eurofighter” almaq üçün ilkin müqavilə imzalayan Türkiyə, qiymət və çatdırılma şərtləri ilə bağlı qeyri-müəyyənliklər səbəbindən bu prosesi hələ də yekunlaşdırmayıb. Buna görə də hazırda Qətərin istifadəsində olan 24 ədəd “Tranche 3A Eurofighter” təyyarəsinin təhvil verilməsi daha sürətli həll yolu hesab olunur.
Roza
-
İdman16:42Messi tarixi uğurdan danışdı
-
Digər16:21Uşaq bağçası və xəstəxana vuruldu, 116 nəfər öldü
-
Hadisə14:53Biləsuvardakı qəzada ölən üç gənc eyni kənddə dəfn olundu - FOTOLAR
-
MDB14:31Polisi dişlədi, 2 ilə yaxın həbs cəzası aldı
-
Digər14:21Bu ölkədə hərbi çevriliş oldu
-
İdman14:10"Ayaks"da "Qarabağ"la oyunöncəsi itki
-
Sosial13:50Leyla Əliyeva və Arzu Əliyeva Banqladeş hökumətinin Baş müşaviri ilə görüşdülər
-
Magazin213:30"Eyforiya" serialının ulduzu soyundu - FOTO












.jpg)


















.jpg)



