Sosial
Suraxanıda Adil Əliyevin səyyar görüşləri davam edir - FOTO

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsində yerləşən 275 №-li tam orta məktəbdə və Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsində yerləşən 315 №-li tam orta məktəbdə sakinlərlə səyyar görüşlər keçirib.
Görüşlərdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə nümayəndələri və bələdiyyə sədrləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev ötən həftə ölkəmizdə keçirilən III MDB oyunları, eləcə də ötən gün Qəbələdə baş tutan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü haqqında məlumat verərək qeyd edib ki, belə mötəbər tədbirlərə ev sahibliyi etmənin arxasında məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.
A.Əliyev səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinləyib. Vətəndaşların müraciətləri əsasən küçə və məhəllədaxili yolların təmiri, sahibsiz heyvanların artması, kanalizasiya sisteminin qurulması və digər sosial yönümlü məsələlərlə bağlı olmuşdur. Qaldırılan məsələlərin araşdırılaraq həlli istiqamətində müvafiq tədbirlərin görülməsi və nəzarətdə saxlanılması ilə bağlı RİH başçısı tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.
-
Rəsmi xronika17:17
İlham Əliyev fərman imzaladı
-
Sosial15:53
İcra başçısı əyləşib, şəhid anası, qazilər də ayaq üstə - FOTOLAR
-
Sosial15:17
Rəhbər şəxslər kütləvi şəkildə işdən çıxır - Metropolitendə nə baş verir?
-
İdman14:18
Azərbaycanla oyundan əvvəl fransalı futbolçuların dəb şousu - FOTOLAR
-
Maraq dünyası13:36
Dünyada ilk smartfon Azərbaycanın bu filmi əsasında hazırlanıb: Maraqlı FAKT - VİDEO
-
Dünya13:16
Azərbaycandan qayıdan Ərdoğandan mühüm açıqlama: Göstəriş vermişik ki...
-
Sosial12:38
Pensiya alanların NƏZƏRİNƏ
-
Nida Xəbər 11:58
Əli Əsədov qərar imzaladı