Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Bizi izləyin

Sosial

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün oktyabrın 11-12-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri həyata keçirəcək.

Bu barədə Publika.az-a ADY-yə istinadən xəbər verir.

Məlumata görə, eyni zamanda, sentyabrın 29-dan etibarən həftəiçi günlərdə Bakı-Ağstafa və Ağstafa-Bakı istiqamətində əlavə reyslərlə, həmçinin hər gün Bakı-Qazax-Bakı marşrutu ilə səfərlər təşkil olunur.

Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm