Sosial
“PeşəFest”in növbəti ünvanı Qəbələ oldu - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi “PeşəFest” bu dəfə Qəbələ rayonunda keçirilib. “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə, onların karyera istiqamətində doğru addım atmalarına dəstək olmaq məqsədi daşıyıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Publikaz-a verilən məlumata görə, mərasimdə çıxış edənlər “PeşəFest”in gənclərin əmək bazarına hazırlığı və düzgün peşə seçiminin dəstəklənməsi, onların öz potensiallarını kəşf etmək və gələcək peşə istiqamətlərini müəyyənləşdirmək üçün unikal platforma olduğunu bildiriblər.
Sonra peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı tövsiyələrini bölüşüblər, yeniyetmələrin və onların valideynlərinin suallarını cavablandırıblar.
Festivalın təşkil ediləcəyi növbəti ünvan Xaçmaz olacaq. “PeşəFest-2025”ə oktyabrın 22-də “Baku Crystal Hall”da keçiriləcək tədbirlə yekun vurulacaq.
Festivalda 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil olunur.
İştirakçılar festivala qatılmaqla həmin peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.
-
Sağlamlıq21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Nida Xəbər 20:04Abbas Əraqçi Bakıya gəldi - FOTO/YENİLƏNDİ
-
Magazin219:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Ekologiya17:40Meteohəssas insanların nəzərinə!
-
İdman16:42Messi tarixi uğurdan danışdı
-
Digər16:21Uşaq bağçası və xəstəxana vuruldu, 116 nəfər öldü


































.jpg)



