Sosial
Qara Qarayevin qızından atasına aid evin satışa çıxarılmasına REAKSİYA

"Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkə səhifələrində “Qara Qarayevin yaşadığı mənzil satışa çıxarıldı” başlığı ilə yayılan məlumat tam həqiqəti əks etdirmir".
Publika.az xəbər verir ki, bu fikirlər bəstəkar Qara Qarayevin qızı Züleyxa Qarayeva-Bağırova sosial şəbəkələrdə yayılmış məlumatlarla bağlı yaydığı açıqlamada yer alıb.
O bildirib ki, xəbərdə adıçəkilən mənzil dahi bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin yaşadığı ev kimi təqdim olunsa da, bu məlumat tam dəqiq deyil:
"Məlumatı dəqiqləşdirmək məqsədilə bildiririk ki, həmin mənzil bəstəkara dövlət tərəfindən 1950-ci illərdə verilmiş və Qara Qarayev burada bir neçə il yaşamışdır. Daha sonra bəstəkar başqa ünvana köçmüş, sözügedən mənzildə isə illər ərzində bir neçə ailə məskunlaşmış və sonradan mənzil satılmışdır.
Hazırda Qara Qarayevin əsl yaşadığı və yaradıcılığının mühüm dövrünü keçirdiyi mənzil “Qara Qarayevin ev-muzeyi” kimi fəaliyyət göstərir və dövlət tərəfindən qorunur. Muzeydə bəstəkarın şəxsi əşyaları, sənədləri, musiqi arxivləri və dəyərli eksponatları saxlanılır.
Qara Qarayevin sonuncu mənzili Bakı şəhəri, Bülbül prospekti 21 ünvanında yerləşir. Həmin binada bəstəkarın baraleyfi quraşdırılmış, yaxınlıqda isə onun adını daşıyan park salınmışdır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, yayılan məlumat tam dəqiq hesab edilə bilməz və ictimaiyyəti yanlış istiqamətə yönəldir. Media qurumlarından və sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, bu kimi xəbərləri paylaşmazdan əvvəl məlumatın düzgünlüyünü yoxlasınlar və böyük sənətkarın irsinə hörmətlə yanaşsınlar.
Qara Qarayevin adı və yaradıcılığı Azərbaycan mədəniyyətinin ən dəyərli sərvətlərindəndir və onunla bağlı istənilən məlumat məsuliyyət və dəqiqliklə ictimaiyyətə çatdırılmalıdır".
-
Magazin200:15
Tanınmış aktyorun qızı XƏRÇƏNGƏ TUTULDU - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Yeni düşüncələr doğa bilər
-
Yaxın Şərq11 Oktyabr 23:36
HƏMAS-dan Trampı qəzəbləndirəcək QƏRAR - Silahları...
-
Magazin111 Oktyabr 23:24
“Onlar bədbəxt insanlardır” -
-
Nəqliyyat11 Oktyabr 22:12
Bakıda avtobus sürücü təhlükə saçdı: qurumlar hərəkətə keçdi - VİDEO
-
Magazin211 Oktyabr 21:48
Məşhur aktyor 47 yaşında xərçəngdən VƏFAT ETDİ - FOTO
-
İdman11 Oktyabr 20:36
“Dedi ki, o qolu hələ də unutmamışam” - VİDEO
-
Hadisə11 Oktyabr 20:12
Sumqayıtda yaşayış binasında YANĞIN: təxliyə olunanlar var - VİDEO/YENİLƏNDİ