Sosial
“Azercell”in kibertəhlükəsizlik komandası “CIDC-2025”də böyük uğur qazandı - FOTO
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə 9-10 oktyabr tarixlərində Bakıda keçirilən “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” kibertəhlükəsizlik tədbiri başa çatıb.
Publika.az xəbər verir ki, tədbir çərçivəsində təşkil olunan “Ağıllı şəhərlərdə kibermüharibə” yarışında “Azercell” Telekomu təmsil edən “Cybercell” komandası yüksək peşəkarlıq nümayiş etdirərək vitse-çempion adını qazanıb.
İki gün davam edən müsabiqədə mobil operatorun Təhlükəsizlik Departamentinin mütəxəssisləri kibertəhlükəsizlik üzrə real ssenarilər əsasında hazırlanan tapşırıqları uğurla yerinə yetiriblər.
Tədbir 20 yerli və ilk dəfə olaraq 5 xarici komandanı – Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Moldova, Qırğızıstan və Tacikistandan olan iştirakçıları bir araya gətirib. Yarışın məqsədi dövlət qurumları, kritik infrastruktur obyektləri, bank və telekommunikasiya sektorlarını təmsil edən komandalar arasında kiberhücumlara qarşı müdafiə qabiliyyətinin artırılması, eləcə də böhran vəziyyətlərində informasiya sistemlərinin effektiv idarə olunması və milli kibertəhlükəsizlik potensialının inkişaf etdirilməsi olub.
“CIDC-2025” çərçivəsində keçirilən kibertəhlükəsizlik həlləri sərgisində 41 yerli və xarici şirkət informasiya təhlükəsizliyi, risklərin idarə olunması və şəbəkə müdafiəsi istiqamətlərində son texnoloji yeniliklərini nümayiş etdirib. Sərgidə “Azercell”in nümayiş etdirdiyi innovativ həllər iştirakçılar və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
“Azercell” Telekom biznes müştərilərinə etibarlı kibertəhlükəsizlik həlləri təqdim etməklə yanaşı, bu sahədə peşəkar kadrların hazırlanmasına da xüsusi diqqət yetirir. Şirkət kibertəhlükəsizlik ekosisteminin inkişafına və ölkədə mütəxəssis potensialının gücləndirilməsinə töhfə verməyə davam edir.






-
MDB20:20"Qiyamət radiosu"ndan NATO ölkəsi barədə sirli mesaj
-
Sosial20:10“Qanunsuz pullara görə ailəmiz dağıldı” - Xanımı vəzifəli ərini məhkəməyə verdi
-
Magazin219:30Quldurlar məşhur reperin evinə girib anasını girov götürdülər
-
Kriminal19:1070 kiloqram qızılla tutulan polkovnik-leytenantdan XƏBƏR VAR
-
Nida Xəbər 19:00Ramiz Mehdiyevin gəlininin yerinə TƏYİNAT - FOTO
-
İdman18:50İslam o qələbəyə görə milyonlar qazanıb: Məbləğ açıqlandı
-
Nəqliyyat18:20Bakıda axşam tıxacı
-
MDB17:44Rusiya Türkiyə gəmisini vurdu: Ekipajdakı 16 nəfər... - VİDEO







.jpg)






.jpg)


















