Sosial
Tikintidə istifadə olunan bu materiallar insan sağlamlığı üçün zərərlidir - VİDEO

Bəzi tikinti materialları insan sağlamlığı üçün zərərlidir.
Publika.az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə açıqlamasında inşaat üzrə ekspert Elnur Azadov bildirib.
O, qeyd edib ki, zərərli inşaat materiallarından ən təhlükəlisi istifadəsi dayandırılan asbestdir: "Lakin bununla belə, təəssüf ki, hələ də çox istifadə olunan zərərli inşaat materialları mövcuddur. Təhlükəli məhsullardan biri də mebel istehsalında tanıdığımız formaldehiddir. Ondan mətbəx mebeli və digər mebellərdə yapışdırıcı kimi istifadə edilir".
Elnur Azadov əlavə edib ki, xüsusən uşaqlar üçün təhlükəli hesab olunan inşaat mallarından biri də müəyyən maddə və materiallardan istifadə olunmaqla hazırlanmış döşəmələrdir.
Ekspert bildirib ki, istehlakçılar inşaat materialları seçərkən, tərkibi ilə tanış olmurlar.
Qeyd edək ki, ölkəmizdə tikinti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində yeni tədbirlər paketi hazırlanır. Yeni mexanizmlər tikintiyə nəzarət və təhlükəsizlik standartlarının dəqiqləşdirilməsini nəzərdə tutur. Tikinti ərazilərində ekoloji və radioloji risklərin qiymətləndirilməsi və idarə olunması üçün hüquqi baza yaradılacaq. Sağlamlığa zərərli tikinti materiallarının istifadəsinə məhdudiyyətlə bağlı qadağalar gücləndiriləcək.
Daha ətraflı videomaterialı təqdim edirik:
-
ABŞ08:37
102 mərtəbəli göydələndə yüzlərlə çat yarandı - Foto
-
Nəqliyyat08:10
12 yolda tıxac var - Siyahı
-
ABŞ03:18
Ağ Evin bir hissəsi söküldü - Fotolar
-
Qoroskop01:40
Günün ulduz falı: Hər ehtimala qarşı "B" planı hazırlayın!
-
Dünya20 Oktyabr 23:45
Hərbi karvan mikroavtobusla toqquşdu - 3 əsgər yaralandı
-
Nəqliyyat20 Oktyabr 22:18
Məktəbliyə qarşı qeyri-etik hərəkət edən taksi sürücüsü HƏBS OLUNDU
-
İdman20 Oktyabr 22:05
Başınızı aşağı salmayın, uşaqlar! - Messi onlara müraciət etdi
-
Magazin220 Oktyabr 21:00
"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi