Sosial
Gənc yaşında şöhrət, pul, patı - Bakının tanınmış modeli indi məhbusdur - VİDEO
.png?v1761053913)
Bir vaxtlar “Ağalarova” ləqəbi ilə tanınan model Diana Mehdiyeva indi məhbus həyatı yaşayır.
Publika.az xəbər verir ki, bloqçu və aparıcı Nail Kəmərli onunla cəzaçəkmə müəssisəsində görüşərək süjet hazırlayıb.
Narkotik vasitələrin külli miqdarda saxlanması, daşınması və istifadəsində ittiham olunan Diana başına gələnlərdən danışıb.
Gənc yaşlarında model kimi tanınan, 18 yaşında bu sahəyə qədəm qoyan Diana qısa müddətdə şöhrət qazanıb, maddi imkanları genişlənib. Lakin narkotiklə tanışlıq onun həyatını alt-üst edib. Model etiraf edib ki, bu vərdiş həm karyerasını, həm də dostlarını əlindən alıb. Çarəsiz qalan Diana Mehdiyeva bir müddət enerji içkilərinin bankalarını yığmaqla, hətta oğurluqla dolanmağa başlayıb.
Hazırda o, cəzasını çəkir və dörd ildən sonra azadlığa çıxacaq. D.Mehdiyeva deyir ki, o vaxta qədər 39 yaşı olacaq və bu illər onun üçün dərs olub:
“Peşmanam. Azadlığın, sağlamlığın və düzgün yolun dəyərini indi anlayıram. Gəl sənə elə bir şey verəcəyəm ki eynin açılsın, arıqlamaq istəyirsənsə, patı çək, yaxşı arıqladır. Bu yollarla gəncləri pis yola çəkirlər. Amma patı qədər sümükləri çürüdən, sağlamlığı məhv edən başqa heç nə yoxdur. Gənclər nəinki narkotikdən istifadə etməsinlər, heç onun adını belə dillərinə gətirməsinlər. Mən iynəyə kimi istifadə etmişəm, qolumda iynələrin izləri var. Amma çox peşmanam, hər kəsi itirdim”.(“Yeni Sabah”)
-
İdman15:12
Qurban Qurbanov oğlu ilə bağlı aldığı xəbərə üzüldü
-
Nida Xəbər 14:44
Tokayevdən Əliyevə maraqlı hədiyyə - VİDEO
-
Rəsmi xronika14:13
Azərbaycan Ermənistana qarşı bu məhdudiyyətləri aradan qaldırdı
-
Sağlamlıq14:10
Əsrin bəlası deyilmiş: 41 min il əvvəl insanlar xərçəngdən belə qorunurmuş
-
Sosial13:10
Pensiya alanların nəzərinə!
-
İdman12:38
127 yaşı, 370 milyon dəyəri var: "Qarabağ"ı Bilbaoda nə gözləyir?
-
Hadisə11:40
“Bakubus” avtobusu bulvara girdi - VİDEO
-
Nida Xəbər 11:22
Hikmət Hacıyev İlham Əliyevin Astana səfərindən paylaşım etdi - VİDEO