Sosial
Bakıda yollara yeni xətlər çəkildi - Qəza şəraiti yaradır, sürücülər çaş-baş qalıb

Bakının bəzi küçə və prospektlərinin kəsişməsində yeni nişanlanma xətləri çəkilib. Sürücülər üçün ciddi çaşqınlıq yaradan bu xətlər nəqliyyatın hərəkətinin ləngiməsinə və bəzi hallarda qəza vəziyyətinin yaranmasına səbəb olur. Belə xətlərin çəkildiyi ərazilərdən biri də “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən Hüseyn Cavid prospekti ilə Əbdürrəhim bəy Haqverdiyev küçələrinin kəsişməsi və Ə.Haqverdiyev küçəsi ilə Əhməd Cəmil küçələrinin kəsişməsidir. Sözügedən yolların kəsişməsində çəkilən nişanlanma xətləri həmin istiqamətlər üzrə hərəkət edən sürücülər üçün çaşqınlıq yaradır.
Publika.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu cür qırıq zolaqlar əslində sürücülərin işini asanlaşdırır:
“Bu xətlənmiş yol həmin zolaqda olan sürücünün hansı istiqamət üzrə hərəkət edə biləcəyini göstərir. Sürücü hansı zolaqdadırsa, hərəkət edən zaman bilməlidir ki, yalnız həmin trayektoriya üzrə gedə bilər. Əslində bu sürücülər üçün faydalı bir şeydir. Çünki biz çox vaxt görürük ki, yol nişanı düzünə göstərir, amma adam sağa-sola dönür. Amma bu qırıq-qırıq xətlər onu göstərir ki, sən buradan sola dönməlisən yaxud düz getməlisən. Bu xətlərin mənası budur. Təəssüf ki, sürücülərin çoxu bunu bilmir”.
Ekspert vurğulayıb ki, sürücülər qırıq xətlərlə bağlı hərəkət qaydalarına diqqət etməlidir:
“Sürücü istənilən halda, qırıq-qırıq xətti dönmə siqnallarından istifadə edərək, manevr edib təhlükə yaratmadan istiqamətini dəyişə bilər. Amma xətlərin çəkildiyi yer konkret olaraq 4 yol ayrıcıdır. Bu yol ayrıcında göstərilir ki, sən ancaq bu istiqamətdə getməlisən. Sürücü fikrini dəyişib harada dönürsə, bu düzgün deyil. O, yalnız həmin istiqamət üzrə gedib hərəkəti bitirdikdən sonra zolaqda yerini dəyişə bilər. Bu yolayrıcında sürücülərə başa salmaq üçündür ki, o, bu zolaqda hərəkətə başlayanda ancaq həmin istiqamət getməlidir. Digər hallarda əlbəttə ki, sürücü manevr qaydasını və nişanlanma xəttinin tələbini pozduğu üçün cərimələnəcək”.
Məsələ ilə bağlı sorğumuzu cavablandıran Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, qeyd olunan küçələrdə müvafiq nişanlama xətləri nəqliyyat axının kanallaşdırılması üçün çəkilib:
“Şəhərin bir çox ərazisində, o cümlədən Hüseyn Cavid prospekti ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində həm piyadaların, həm də avtomobillərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq nişanlanma xətləri çəkilib, nəqliyyat axını kanallaşdırılıb. Hazırda ərazidə sola dönən nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları zolaqlarla ayrılıb”.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli deyib ki, 1.7 nişanlanma xətti yol nəqliyyat hadisələrinin baş vermə riskini minimuma endirir:
“Bildiyiniz kimi nişanlanma xətləri yol hərəkətinin düzgün tənzimlənməsində əsas vasitələrdən biridir. Qeyd edilən ərazidə təşkil edilən 1.7 nişanlanma xətti yolayırıcının hüdudlarında hərəkət zolaqlarını göstərir və nəqliyyat vasitələrinin nizamlı hərəkət etməsinə, eyni zamanda yol nəqliyyat hadisəsinin baş vermə riskini minimuma endirir. Qanunvericiliyin tələblərinə əsasən, 1.7 nişanlanma xəttini istənilən tərəfdən kəsib keçməyə icazə verilir. Lakin sürücülər sözügedən kəsişmələrdə yol nişanlarına düzgün şəkildə riayət etməlidir”.
-
Sağlamlıq19:00
Nar şirəsinin daha bir faydası üzə çıxdı, amma... - Həkimdən XƏBƏRDARLIQ
-
Hadisə17:43
Təcili yardım həkiminin iynə vurduğu 43 yaşlı kişi öldü
-
İdman15:12
Qurban Qurbanov oğlu ilə bağlı aldığı xəbərə üzüldü
-
Nida Xəbər 14:44
Tokayevdən Əliyevə maraqlı hədiyyə - VİDEO
-
Rəsmi xronika14:13
Azərbaycan Ermənistana qarşı bu məhdudiyyətləri aradan qaldırdı
-
Sağlamlıq14:10
Əsrin bəlası deyilmiş: 41 min il əvvəl insanlar xərçəngdən belə qorunurmuş
-
Sosial13:10
Pensiya alanların nəzərinə!
-
İdman12:38
127 yaşı, 370 milyon dəyəri var: "Qarabağ"ı Bilbaoda nə gözləyir?