Sosial
FHN Ağdamda ağacəkmə aksiyası keçirdi

Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Ağdam şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Regional Mərkəzin rəisi polkovnik Mirəli Feyziyev və Mərkəzin şəxsi heyətinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilən ağacəkmə aksiyası Ağdam Sənaye Parkı ərazisində təşkil olunub.
Aksiyanın keçirilməsində məqsəd ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin təbliğ edilməsi olub.
Ağacəkmə aksiyası çərçivəsində Park ərazisində 100-dən artıq eldar şamı əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.
.jpg)
.jpg)
-
Dünya17:34
Məhbuslar Sarkozini yatmağa qoymadılar: Qisas alacağıq - VİDEO
-
Sosial16:50
Gələn il minimum maaşlar artacaq? - Rəsmi
-
İdman15:20
Vanda Nara yenə qalmaqal yaratdı: Görün hansı futbolçuya mesaj yazıb - FOTOLAR
-
Sosial14:52
Aylıq gəliri 8 min manatdan çox olanların nəzərinə!
-
İdman13:43
Məşhur futbolçunun xoşbəxt etdiyi rus gözəl - FOTOLAR
-
Sosial13:26
DİN-ə yeni səlahiyyət verildi
-
MDB12:42
Rusiyada güclü partlayış: Ölü sayı artdı, matəm elan edildi - Video/Yeniləndi
-
İdman11:55
Elvin Cəfərquliyev Qurban Qurbanovu özündən çıxardı: Belə reaksiya görməmişdiz - VİDEO