Sosial
Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya edildi
 
                                    
                                    
                                    
                                Gürcüstanın Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının vətəndaşı Mehdiyev Samir Salah oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.
Bu barədə Publika.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, İmişli Rayon Polis Şöbəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Samir Mehdiyevin Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü (dələduzluq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək beynəlxalq axtarış elan olunub.
Samir Mehdiyev Gürcüstan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycan Respublikasına gətirilib.
- 
                     Magazin219:35 Magazin219:35Türkiyəli məşhur müğənni infarkt keçirdi 
- 
                     Kriminal19:03 Kriminal19:03Sabiq icra başçısı həbs olundu - Bu cinayətlərdə ittiham olunur 
- 
                     Sosial18:53 Sosial18:53Vüqar Məmmədov həbs edildi 
- 
                     Nida Xəbər 17:45 Nida Xəbər 17:45Zakir Həsənova medal verildi 
- 
                     Sosial17:00 Sosial17:00Noyabrda yağıntıların miqdarı normadan çox olacaq - AYLIQ PROQNOZ 
- 
                    .jpg) Səhiyyə16:28 Səhiyyə16:28Azərbaycanda meyit donorun ürəyi transplantasiya edildi 
- 
                     Maraq dünyası15:56 Maraq dünyası15:56Sevgi qapılarınızı döyür - Noyabrda eşqi tapacaq 4 BÜRC 
- 
                     Sosial14:19 Sosial14:19Saxlanılan icra başçısının köməkçisi danışdı 






 
        
    .jpg)




















.jpg)




.jpg)
