Sosial
Tərtərdə qalmaqal: Onlayn bilet alan sərnişini topa tutdular
Noyabrın 2-də Tərtər-Bakı istiqamətində hərəkət edən, saat 15:00-da yola düşən sərnişin avtobusunda qalmaqal yaşanıb.
Publika.az xəbər verir ki, sərnişinlərdən biri öncədən aldığı üç ədəd onlayn biletin başqa bir şəxsə fiziki şəkildə satıldığını bildirib.
Məlumata görə, sərnişin onlayn biletini təqdim edərək Tərtər Rayon Avtovağzalına gəlib və avtobusa minmək istəyərkən yerinin artıq başqasına verildiyini görüb. O, məsələni avtovağzal əməkdaşına bildirərkən kobud münasibətlə qarşılaşıb.
Əməkdaş sərnişinə belə cavab verib: “Mən bu yeri artıq satmışam. Siz onlayn bilet alaraq aləmi bir-birinə qatmısınız”. Hətta əlavə edib ki, onlayn sistemdə bilet alarkən, həmin yerlər boş görünür. Lakin sərnişin sistemə baxdıqda yerlərin dolu göründüyünü qeyd edib. Avtovağzal əməkdaşı isə sərnişinə bu dəfə irad tutaraq deyib: “Niyə onlayn bilet alırsınız?”.
Sərnişin rəhbərliyə şikayət edəcəyini bildirdikdən sonra yaranan gərginlik aradan qaldırılıb və ona yer təmin edilib.
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, fakt araşdırılıb və Tərtər Rayon Avtovağzalına xəbərdarlıq olunub.
“Avtovağzallara bu kimi halların yolverilməz olduğu çatdırılıb. Bilet satışının yalnız avtovağzal və avtostansiyaların kassalarından, eləcə də rəsmi onlayn platforma - biletim.az portalı vasitəsilə aparılmasının vacibliyi vurğulanıb”, - Tural Orucov qeyd edib.
Roza Şəfiyeva
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək








































