Sosial
Adnanın xanımının Londonda şirkətləri var imiş - FAKTLAR
Xəbər verdiyimiz kimi, Adnan Əhmədzadənin həyat yoldaşı Gülsəfa Cəfərova bir müddət əvvəl Azərbaycanı tərk edərək Londona yerləşib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, 33 yaşlı Gülsəfa Cəfərova daha öncə də uzun müddət Londonda yaşayıb və onun burada bir neçə şirkəti olub.
Bu şirkətlərdən biri də “Solidis London” LTD olub.
2023-cü ilin mayın 16-da ləğv olunan şirkətin ünvanı Oksford küçəsində yerləşib.
Gülsəfa Cəfərovaya məxsus daha bir şirkət isə AA PROPERTIES 2000 LTD olub. Adnan Əhmədzadə tərəfindən təsis olunan, hazırda isə reysterdən çıxarılaraq ləğv olunan şirkətin öncəki direktoru Nigar Kərimli olsa da, 7 iyul 2020-ci il tarixdə Gülsəfa Osman qızı Cəfərova bu vəzifəni ondan təhvil alıb.
Gülsəfa Cəfərova şirkəti reyestrdən çıxarmaq üçün 30 oktyabr 2023-cü ildə ərizə ilə müraciət edib.
Şirkətin ünvanı Battle House, 1 East Barnet Road, New Barnet, Hertfordshire, United Kingdom, EN48RR olub.
Adnan Əhmədzadənin xanımının hazırda aktiv fəaliyyət göstərdiyi şirkəti isə MEDUSA 622 LTD-dir.
Bu şirkətin tərkibinə Londonda fəaliyyət göstərən lüks gözəllik salonları daxildir. Şirkətin ünvanı Londonda 10 Beauchamp Place küçəsində yerləşir.
Maraqlıdır ki, şirkət Adnan Əhmədzadənin həbsindən sonra - yəni, sentyabrın 22-də gələcək fəaliyyətinin qanuni olduğunu bəyan edib.
Qeyd edək ki, Adnan Əhmədzadə Azərbaycan iqtisadiyyatına təxribatda ittiham olunaraq həbs edilib.
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR
-
İdman13 Avqust 23:00Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşdi
-
Magazin113 Avqust 22:36Mətanət İsgəndərli plastik əməliyyatdan sonra... - VİDEO
-
Sosial13 Avqust 22:24Biləsuvarda qətl hadisəsi - 16 yaşlı şübhəli saxlanıldı




































