Sosial
Samuxda dezobaryer yaradılıb, dezinfeksiya aparılıb - Xəyal Zeynalabdıyev
"Qarayara yoluxması ehtimal olunan təsərrüfatın sahibi Hafiz Əliyev tərəfindən Gəncə şəhəri Heyvan Sağlamlıq və Baytarlıq Xidmətləri İdarəsinə heç bir məlumat verilməyib".
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu fikirləri jurnalistlərin suallarını cavablandırarkən Gəncə şəhəri Heyvan Sağlamlıq və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Xəyal Zeynalabdıyev bildirib.
Onun sözlərinə görə, qurum tərəfindən təsərrüfatda heç bir peyvənd, müayinə və müalicə tədbirlər aparılmayıb.
Rəis həmçinin əlavə edib ki, Gəncə şəhəri Heyvan Sağlamlıq və Baytarlıq Xidmətləri İdarəsinə məlumat daxil olduqdan sonra lazımı tədbirlərə başlayıb:
"Məlumat idarəmizə daxil olduqdan sonra Gəncə şəhərinin Samux rayonu ilə kəsişməsində yerləşən Hafiz Əliyevə məxsus təsərrüfatda klinik müayinələr aparılıb. Bundan sonra aidiyyəti qurumlara məlumat verilib. Laborator müayinələrin nəticələrinə uyğun tədbirlər davam etdiriləcək.
Ehtiyat tədbiri olaraq ərazidə dezobaryer yaradılıb, dezinfeksiya tədbirləri həyata keçirilib".
Qeyd edək ki, dünən axşam və bu gün Samux rayonundan Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə qarayara xəstəliyi əlamətləri ilə 10 nəfər şəxs daxil olub.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)
















.png)


.jpg)












