İranın dron hücumu: Ben Qurion hava limanında hərbi obyektlər vuruldu
Bizi izləyin

Dünya

İranın dron hücumu: Ben Qurion hava limanında hərbi obyektlər vuruldu

İranın dron hücumu: Ben Qurion hava limanında hərbi obyektlər vuruldu

İran ordusu Ben Qurion Hava Limanında yerləşən ABŞ-ın “AWACS” və tanker təyyarələrinin mövqelərinə, eləcə də raketlərin və döyüş dronlarının aşkarlanması və izlənməsi üçün istifadə olunan radar sahəsinə zərbələr endirib.

Publika.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, zərbələr İsrail və ABŞ-ın İrana qarşı hava hücumlarına, xüsusən də yaşayış və qeyri-hərbi ərazilərin hədəf alınmasına cavab olaraq həyata keçirilib.

Peyk görüntülərinə əsasən, vurulan ərazilərə ciddi ziyan dəyib və zərbələr hərbi təyyarələrin döyüş əməliyyatlarını, döyüş dəstəyini, eləcə də raket və döyüş dronlarının izlənməsini ciddi şəkildə pozub.

Qeyd olunub ki, son hücum dalğasında 2000 kilometr əməliyyat məsafəsinə malik güclü “Arash-2” dronlarından istifadə edilib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm