FHN-in əməkdaşları IV İdman Festivalının iştirakçılarına təlimlər keçib
Bizi izləyin

Sosial

FHN-in əməkdaşları IV İdman Festivalının iştirakçılarına təlimlər keçib

Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb Regional Yanğın Nəzarəti İdarəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları Şəki şəhərində keçirilən IV İdman Festivalının iştirakçılarına təlimlər keçib.

Bu barədə Publika.az-a qurumun Mətbuat xidmətindən bildirilib.

Belə ki, 13-15 yaşlı idmançıların iştirak etdiyi Festival çərçivəsində dağ yürüşləri də nəzərdə tutulub və təlimlər həmin yürüşlər zamanı təhlükəsizliyin təmin olunması, həmçinin yeniyetmələrin fövqəladə hallarda təhlükəsiz davranış və ilkin xilasetmə

bacarıqlarına dair biliklərə yiyələnmələri məqsədilə təşkil edilib.

İki gün davam edən təlimlərdə 6 qrup üzrə bölünmüş yeniyetmə idmançılara nəzəri və praktiki biliklər üzrə geniş məlumatlar verilib. Nəzəri hissədə “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda fotoslayd və videoçarxlar vasitəsilə məlumatlar verilib, praktiki hissədə isə xilasetmə metodları əyani şəkildə nümayiş etdirilib, xüsusi texnika və avadanlıqların iş prinsipləri izah olunub, suallar cavablandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm