Sosial
Tərk edildikdən sonra ölən Nurcanla bağlı RƏSMİ AÇIQLAMA
Sosial Xidmətlər Agentliyi “Təmiz Dünya” Qadınlara Yardım İB-də vəfat edən 16 yaşlı Nurcanla bağlı açıqlama yayıb.
Publika.az xəbər verir ki, açıqlamada deyilir:
“Bildiririk ki, 21 avqust 2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qohumlarının evindən qaçan Nurcan Elşad qızı Cəfərova barəsində məlumat daxil olub.
Tərəfimizdən uşağın mənafeyinin qorunması məqsədilə dərhal tədbirlər görülüb və qiymətləndirilməsi aparılıb.
Məlum olub ki, Nurcanın anası Vüsalə Orucova 2014-cü ildə vəfat edib, atası isə Rusiyada yaşayır.
Uşağın xalası Turanə Həsənova müxtəlif səbəblərdən ona qayğı göstərmək istəmədiyini bildirib”.
Bildirilir ki, qiymətləndirmə prosesində Nurcan da xalasının ailəsinə geri qayıtmaq istəmədiyini qeyd edib:
“Nurcan Cəfərovanın təhlükəsizliyinin təmin edilməsi və mənafeyinin qorunması məqsədilə o, Agentliyin 11.09.2025-ci il tarixli qərarı ilə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib və sığınacaq tərəfindən uşaqla sosial-psixoloji reabilitasiya işləri aparılıb.
Həmçinin uşağın gələcək hüquqi statusunun müəyyənləşdirilməsi və ona himayəçi təyin olunması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinə Agentlik tərəfindən sorğu göndərilib. Cavab məktubuna əsasən Nurcan Cəfərova üçün himayəçi təyin edilə biləcək şəxs müəyyən edilməyib”.
Qeyd olunub ki, Nurcan sığınacaqda olduğu müddətdə mütəmadi olaraq xalası ilə telefon əlaqəsi saxlayıb:
“Atası Elşad Səfərov ölkəyə qayıtdıqdan sonra 18.11.2025-ci il tarixində uşaqdan rəsmi qaydada imtina edib.
Sosial Xidmətlər Agentliyinin kollektivi olaraq baş vermiş faciəvi hadisə ilə bağlı kədərləndiyimizi bildirir, Nurcana Allahdan rəhmət diləyirik”.
-
Sosial22:36Aytən Səfərovanın 11 mini necə yoxa çıxıb? - “Caspian International”da QALMAQAL
-
İdman22:00Aktürkoğlunun BAŞI DƏRDDƏ - "Sehrli çubuq" onu məhkəməlik etdi / FOTO
-
İdman21:36150 milyonluq futbolçunun son durumu açıqlandı - FOTO
-
Sosial21:24Tərk edildikdən sonra ölən Nurcanla bağlı RƏSMİ AÇIQLAMA
-
Magazin120:00Fatimə qızının fotosunu paylaşıb bu sözləri yazdı - FOTO
-
Hadisə19:48Ağcabədidə DƏHŞƏTLİ QƏZA - Əmiuşaqları həlak oldular
-
ABŞ19:24"İçinə cin girən" sevgilisini elektrikli mişarla doğradı - Polisə səng edib deyib ki...
-
Magazin117:17Rəqsanənin 100 min borcunu o ödəyib - VİDEO




































