Aytən Səfərovanın 11 mini necə yoxa çıxıb? - “Caspian International”da QALMAQAL
Bizi izləyin

Sosial

Aytən Səfərovanın 11 mini necə yoxa çıxıb? - “Caspian International”da QALMAQAL

“Caspian International” Hospitalın bir qrup vəzifəli şəxsin həkimlərdən birinin bank hesabına köçürülmüş vəsaiti oğurlaması barədə məlumat vermişdik. Kartından pul oğurlanan şəxsin isə tanınmış mama-ginekoloq Aytən Səfərova olduğunu qeyd etmişdik.

Publika.az xəbər verir ki, Aytən Səfərovanın vəkili Samir Xudaquluyev Teleqraf-a faktı təsdiqləyib.

Vəkil bildirib ki, “Caspian International” Hospital tərəfindən Aytən Səfərovanın bank hesabına köçürülmüş vəsaitin oğurlanması faktı həqiqətdir.

“Mən iş üzrə Aytən xanımın vəkiliyəm, faktın doğruluğunu təsdiqləyirik. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik. Hazırda ətraflı araşdırma aparılır. Yekunlaşandan sonra nəticəsi barədə Aytən Səfərova özü ictimaiyyətə geniş məlumat verəcək”, - deyə vəkil vurğulayıb.

Qeyd edək ki, Aytən Səfərova “Caspian International” Hospitaldakı işindən ötən ilin dekabr ayında ayrılıb. Aytən Səfərova işdən ayrıldıqdan sonra onun kartına 11 min manat köçürülüb. Bir müddət sonra Aytən Səfərova kartında olan vəsaiti nağdlaşdırmaq istəyib. Lakin məlum olub ki, onun kart hesabı bloklanıb. Sifariş verilən yeni kartdan ona məxsus vəsait nağdlaşdırılıb. Faktla bağlı cinayət işi başlanıb, hadisə üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm