Aktürkoğlunun BAŞI DƏRDDƏ - "Sehrli çubuq" onu məhkəməlik etdi / FOTO
Bizi izləyin

İdman

Aktürkoğlunun BAŞI DƏRDDƏ - "Sehrli çubuq" onu məhkəməlik etdi / FOTO

"Warner Bros. Entertainment Inc." kinokompaniyası Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Kerem Aktürkoğlunun sosial şəbəkə hesablarında “Harri Potter”ə aid vizual və audio materiallardan müvafiq icazə olmadan istifadə etməsi səbəbindən İstanbul məhkəməsinə qarşısında ona qarşı iddia qaldırıb.

Publika.az xəbər verir ki, bu barədə "Sabah" məlumat yayıb.

2021-ci ildə Aktürkoğlu dairəvi eynəklərlə çəkilmiş şəkli səbəbindən “Kerem Potter” ləqəbini almışdı.

Qol sevinci zamanı futbolçu sehrli çubuq hərəkətinə bənzər jestlərdən istifadə edir, həmçinin sosial şəbəkələrdə sözügedən filmə aid musiqi və vizual materiallarla paylaşımlar edirdi.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm