FHN-in "Xilasedici" voleybol komandası Çelenc Kubokunda növbəti mərhələyə vəsiqə qazandı - FOTO
Bizi izləyin

Sosial

FHN-in "Xilasedici" voleybol komandası Çelenc Kubokunda növbəti mərhələyə vəsiqə qazandı - FOTO

Çelenc Kubokunda mübarizə aparan kişi voleybolçulardan ibarət Fövqəladə Hallar Nazirliyinin “Xilasedici” komandası 20 noyabr 2025-ci il tarixində Nazirliyin İdman-sağlamlıq klubunun arenasında 1/32 final mərhələsi çərçivəsində cavab oyununa çıxıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, təmsilçimizin rəqibi Rumıniyanın “Steaua” klubu olub.

Məlumata görə, səfərdə 0:3 hesabı ilə məğlub olan komandamız cavab oyununda 3:1(25:23, 25:17, 15:25, 28:26) hesabı ilə qalib gəlib.

Növbəti mərhələyə vəsiqə qazanan komandanı müəyyənləşdirmək üçün isə qızıl set oynanılıb. Həlledici setdə “Xilasedici” 15:13 hesabı ilə qalib gələrək 1/16 finala vəsiqə qazanıb.

Növbəti mərhələdə komandamızın rəqibi Belçikanın “Lindemans” klubu olacaq. İlk oyun 2026-cı il yanvar 7-də Belçikada keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm