Sosial
İki azyaşlı uşaq anası "ölüm kağızı"na görə sosial müavinət ala bilmir - VİDEO
Abşeronun Xırdalan şəhərində yaşayan, iki azyaşlı uşağın anası Rəvanə Mehdiyeva dünyasını dəyişən həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini ala bilmədiyini bildirir.
Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, Rəvanə Mehdiyeva 10 ildən çox qeyri-rəsmi nikahda yaşadığı Samir Mustafayevin bir il əvvəl vəfat etdiyini, lakin bu günə qədər onun rəsmi ölüm şəhadətnaməsini əldə edə bilmədiyini deyir. Kirayədə yaşayan ailənin hər hansı sosial təminatı yoxdur və iki azyaşlı uşağın bütün məsuliyyəti gənc ananın üzərinə düşüb.
Sənədin olmaması ailənin durumunu daha da ağırlaşdırıb. Hazırda xadimə işləyən Rəvanə aldığı minimal maaşla həm kirayə pulunu, həm gündəlik xərcləri, həm də uşaqların ehtiyaclarını qarşılamağa çalışır.
Qadın aidiyyəti qurumlardan məsələnin araşdırılmasını, həyat yoldaşının ölüm sənədinin verilməsi prosesinin sürətləndirilməsini və uşaqların sosial müdafiə hüquqlarının bərpasını xahiş edir.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, müraciət araşdırılacaq.
Ədliyyə Nazirliyindən də qeyd olunub ki, vətəndaşın şikayəti araşdırılacaq və nəticə barədə məlumat veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
-
Yaxın Şərq01:41Livan ABŞ-dan kömək istədi - Nə baş verir?
-
Qoroskop00:05Günün ULDUZ FALI - Romantik jest sizi sevindirəcək
-
Sosial20 Noyabr 23:48Sığınacaqda qalan daha bir yeniyetmənin HƏYATI TƏHLÜKƏDƏ: Axtarışlar başladı
-
ABŞ20 Noyabr 23:00Tramp Oval kabinetdə Ronaldo ilə “futbol oynadı” - MARAQLI VİDEO
-
Sosial20 Noyabr 22:36Aytən Səfərovanın 11 mini necə yoxa çıxıb? - “Caspian International”da QALMAQAL
-
İdman20 Noyabr 22:00Aktürkoğlunun BAŞI DƏRDDƏ - "Sehrli çubuq" onu məhkəməlik etdi / FOTO
-
İdman20 Noyabr 21:36150 milyonluq futbolçunun son durumu açıqlandı - FOTO
-
Sosial20 Noyabr 21:24Tərk edildikdən sonra ölən Nurcanla bağlı RƏSMİ AÇIQLAMA



































