DİM Pirallahı icra başçısının yalanını ifşa etdi
Bizi izləyin

Sosial

DİM Pirallahı icra başçısının yalanını ifşa etdi

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanovun əməkdaşları tarix, informatika və məntiq fənlərindən test imtahanına cəlb etdiyi iddia olunur. Məlumatlara görə, icra başçısı bunun Dövlət İmtahan Mərkəzinin (DİM) tələbi olduğunu bildirib və nəticələrin quruma göndəriləcəyini, zəif bal toplayanların işdən çıxarılacağını deyib.

Publika.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən Teleqraf-a bu istiqamətdə onların hər hansı tələbinin olmadığı bildirilib.

“Bununla bağlı quruma hər hansı məlumat daxil olmayıb”, - cavabda qeyd olunub.

İşçilərin sözlərinə görə, icra başçısı vaxtaşırı bilik səviyyəsini yoxlamaq adı altında onlara əmək müqavilələrinə xitam verilməsi üçün təzyiq göstərir.

Məsələ ilə bağlı Pirallahı Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm