Görüntüləri yayılan qızla bağlı Günay Ağamalıdan AÇIQLAMA - VİDEO
Bizi izləyin

Sosial

Görüntüləri yayılan qızla bağlı Günay Ağamalıdan AÇIQLAMA - VİDEO

Sosial mediada ailə üzvlərim haqqında əsassız, təhrif olunmuş məlumatlar yayımlanır.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Günay Ağamalı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirərkən deyib.

"Şəxsi həyata aid saxta görüntülərin siyasi məqsədlərlə ictimailəşdirilməsi və övladımın adına çıxarılması şəxsiyyətimi, fəaliyyətimi və ictimai nüfuzumu hədəfə almağa yönəlmiş qərəzli və manipulyativ kampaniyanın tərkib hissəsidir.

Qeyd etmək istəyirəm ki, yayılan videodakı şəxs mənim övladım deyil. Bu sifarişlə hazırlanmış bir qara-piar kampaniyasıdır. Videodakı qızın qızıma müəyyən bənzərliyi olsa da, onun övladıma heç bir aidiyyəti yoxdur. Bu cür saxta materiallardan istifadə etməklə ailəmə, övladlarıma və fəaliyyətimə kölgə salmaq cəhdi həm hüquqi, həm də mənəvi baxımdan yolverilməzdir.

Hər bir vətəndaş Konstitusiya ilə təsbit edilmiş şəxsi toxunulmazlıq hüququna malikdir. Bizi yolumuzdan heç kim çəkindirə bilməz. Bu yolda atdığımız hər bir addım, gördüyümüz hər bir iş dövlətimizin və xalqımızın mənafeyinə xidmət edir və bundan sonra da belə olacaq. Media qurumlarını və cəmiyyətə yanlış məlumat ötürənləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırıram", - Günay Ağamalı bildirib

Qeyd dək ki, sosial şəbəkələrdə millət vəkilinin qızı olduğu iddia edilən gənc qızın görüntüləri paylaşılıb.

Videoda gənc qızın bədənində tatuların olması və boynuna xaç taxması tənqid edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm