Sosial
Bu şirkətdən şikayət var: "Qarabağda işlədib pulumuzu vermir”
“RİCON” MMC bizi Qarabağda aylardır işlədib pulumuzu vermir”.
Publika.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya həmin şirkətdə çalışmış Vüsal Novruzov müraciət edib.
Onun iddiasına görə, təxminən 200-ə yaxın işçi bir ildir maaşlarının veriləcəyi günü gözləyir: “2023-cü ildən “RİCON” MMC-də Füzuli rayonunun abadlaşdırılmasında iştirak etmişik. 2024-cü ilin iyun ayında Cəbrayıl layihəsində çalışmışıq. Həmin ilin noyabr ayınadək maaşımızı bir az tez-bir az gec aldıq. 2025-ci ilin fevralınadək bizim 3 aylıq əməkhaqqımız ödənilməyib.
Dəfələrlə problemlə bağlı müraciət etmişik, amma pulumuzu ödəmirlər. Sonuncu dəfə rəhbərliklə sentyabr ayında görüşmüşük. Bizə vəd verildi ki, texnikalar var, onları satıb ödəniş edəcəklər. Amma hələ də bir xəbər yoxdur, telefon nömrələrinə də zəng çatmır”.
Şikayətçi bildirib ki, müqavilə əsasında işləyiblər və bütün qaimələr də vurulduğu halda, şirkət ödənişi etmək istəmir. O, həmçinin qeyd edib ki, haqqı tapdalanan bəzi işçilər hüquq-mühafizə orqanlarına və Əmək Müfəttişliyinə də müraciət ediblər.
Problemlə bağlı “RİCON” şirkətinin rəhbər şəxsləri ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, “RİCON” MMC-də əmək hüquqlarının pozulması (son haqq-hesabın ödənilməməsi) ilə bağlı bir neçə işçi tərəfindən daxil olan müraciətlər Xidmətin Bakı Şəhər İdarəsində araşdırılıb: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna əsasən müəssisədə yerində araşdırma aparmaq mümkün olmayıb. “RİCON” MMC və müraciət edən şəxslər tərəfindən tələb olunan sənədlər təqdim edildiyi halda, araşdırma davam etdiriləcək və nəticələr barədə əlavə məlumat veriləcək.
Bununla yanaşı, vətəndaşların müraciətlərinin araşdırılması zamanı müəyyən nöqsanlar aşkar edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati icraat aparılıb, nəticəsi barədə müraciət müəlliflərinə məlumat veriləcək. Eyni zamanda, Xidmətə “RİCON” MMC-nin işçilərindən kollektiv müraciət də daxil olub və hazırda həmin müraciət üzrə araşdırma aparılır”.
Məlumat üçün bildirək ki, son 2 ilə nəzər salsaq, “RİCON” MMC-nin dəfələrlə milyon manatlıq tenderlərin qalibi olduğunu görə bilərik.
-
Magazin112:50Ev dustağı olan Rəqsanə necə konsert verəcək? - Hüquqşünas detalları açıqladı
-
Dünya11:24Tehran Fidanın səfərindən danışır: Nələr müzakirə olunub?
-
Sosial11:09Baş nazirdən pensiyalarla bağlı YENİ QƏRAR
-
Dünya10:54NATO rəsmən açıqladı: Rusiya daha aqressiv CAVAB ALACAQ
-
Magazin110:18Bakıdakı bu dəbdəbəli toy kimindir? - Yerli və xarici ulduzlar axın etdi - VİDEO
-
Nida Xəbər 09:42Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq: Hansı maddə ilə ittiham edildiyi bilindi
-
Dünya08:48Dişi aslan qəfəsinə girən gənci PARÇALADI
-
Hadisə08:36Kəlbəcərdə iki kənd ərazisində GÜCLÜ YANĞIN - FOTO















.jpg)




















