Sosial
“Bolt”un “Tesla” oyunu: Hansısa sahibkara görə inhisarçılıq yaradılıb - FOTO
"Bolt" şirkəti tərəfindən Bakıda bəzi ərazilər biznes taksilər üçün bloklanıb.
Publika.az xəbər verir ki, milli.az-a müraciət edən şəxs paytaxtın mərkəzi hissələrində biznes taksilərdən istifadənin mümkünsüz olduğunu bildirib.
Məsələn, Alov qüllələrin qarşısından hava limanına taksi sifarişi etdikdə sadəcə "Tesla Premium" təqdim olunur. Hansı ki, gediş haqqı 48 manat nəzərdə tutulub.

Təxminən 1 kilometr aşağıda, "İçərişəhər" metrosunun yanından eyni istiqaməti seçdikdə bu dəfə biznes taksilər təqdim olunur və qiymət 19 manatdır.

Vəziyyətdən narazılığını bildirən sürücülər qeyd edib ki, "Fomo" klubun qarşısında da eyni hal yaşanır.
İddia edilir ki, hansısa sahibkar gətirdiyi "Tesla" avtomobilləri ilə "Bolt"da inhisarçılıq yaradıb: "Bir müddət sonra digər mühüm ərazilər də biznes sürücüləri üçün "bloklanacaq".
"Hazırda avtomobilin bazar dəyəri, həmin "Tesla"dan daha çoxdur, amma buna baxmayaraq "Bolt" şirkəti mənim kimi sürüclərə imkan vermir. Əvəzində isə rəqabəti pozaraq "Tesla"lara şərait yaradılır" - deyə bildirilir.
Qeyd edək ki, "Tesla" marakı avtomobillərin Bakıda orta bazar qiyməti 28-30 min manatdır.
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq














.jpg)






















