Sosial
Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq münasibətləri müzakirə olundu - FOTO
Dekabrın 9-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ölkəmizin ev sahibliyi etdiyi “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” çərçivəsində Bakıda səfərdə olan Misir Ərəb Respublikasının mədəniyyət naziri Ahmed Fuad Hanno ilə görüşüb.
Publika.az xəbər verir ki, görüş zamanı nazir Adil Kərimli qonağı Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edərək, Misir tərəfinin bu mötəbər beynəlxalq tədbirə göstərdiyi diqqətə görə təşəkkürünü bildirib. Qeyd olunub ki, Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir. Mədəniyyətin müxtəlif sahələri üzrə təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı iştirak üçün geniş imkanların mövcud olduğu vurğulanıb.
Misirin mədəniyyət naziri Ahmed Fuad Hanno da öz növbəsində Azərbaycan-Misir münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini qeyd edib, mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. O, Azərbaycanın festivala yüksək səviyyədə ev sahibliyi etdiyini xüsusi vurğulayaraq, tədbirin İslam dünyası ölkələri arasında mədəni inteqrasiyanın möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, sonda Misirin mədəniyyət nazirinə xatirə hədiyyəsi təqdim olunub.

-
Qarabağ 14:49Xankəndi sakini: "Gəldim ki, qalan 5 günlük ömrümü doğma torpaqda yaşayım"
-
İdman14:29Vidalın sevgilisi hovuzdan elə görüntülər paylaşdı ki... - FOTOLAR
-
İdman13:49Avropanın ən yaxşı futbolçularının reytinqi: Lider Mbappe deyil
-
Region13:16Xameneidən müharibə ilə bağlı xəbərdarlıq: "Bu dəfə regional miqyasda olacaq!"
-
Yaxın Şərq12:47Rəfah keçid məntəqəsi açıldı
-
Ekologiya12:36Külək güclənəcək, qar yağacaq - PROQNOZ
-
Magazin111:36Babək nazirlə oğlunun fotosunu paylaşıb bunları yazdı
-
Sağlamlıq09:11Bu məhsullar sizi sağlam və gümrah saxlayacaq





























.jpg)






