Sosial
İƏT Mədəniyyət Festivalının Bakı Kommünikesi qəbul olundu
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı, Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə 5-11 dekabr tarixlərində keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025” çərçivəsində Yaradıcı Sənayelər üzrə Bakı Kommünikesi qəbul olunub.
Publika.az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı baş katibinin humanitar, mədəni, sosial və ailə işləri üzrə köməkçisi, qurumun Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tariq Ali Bakhit tərəfindən səsləndirilən sənəddə festivalın mədəniyyətlərarası dialoqun, tolerantlığın, sülhün və mədəni müxtəlifliyə hörmətin təşviqinə mühüm töhfə verdiyi qeyd edilir. Kommünike sənədində Azərbaycanın yaradıcı sənayelərin inkişafında və mədəni əməkdaşlığın gücləndirilməsində artan rolu vurğulanır.
Eyni zamanda sahibkarlıq, mədəni irsin qorunması və yeni texnologiyalardan məsuliyyətli istifadə istiqamətlərində İƏT-ə üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı çağırışlar da səsləndirilir.
Kommunikedə festivalın təşkilinə görə Azərbaycan Hökumətinə dərin minnətdarlıq ifadə olunur, Prezident İlham Əliyevin İƏT ilə əməkdaşlığın inkişafı, İslam həmrəyliyinin möhkəmləndirilməsi və mədəniyyətlərarası dialoqun təşviqindəki liderliyinə xüsusi diqqət yetirilir.
-
Nida Xəbər 18:10Rusiyadan təyyarəmizi vurduran şəxslə bağlı ŞOK QƏRAR
-
Yaxın Şərq16:59İsrail ordusu hərəkətə keçdi: Hədəf oradır
-
Rəsmi xronika15:51İlham Əliyev sərəncam imzaladı
-
Maraq dünyası15:10Həyatında kəskin dönüş olacaq BÜRCLƏR
-
İdman14:10Bu gözəl həm modellik edir, həm də tennis oynayır: Karyerasını özü maliyyələşdirir - FOTOLAR
-
Dünya13:00ABŞ və Ukrayna hər şeyi razılaşdırdı: Putindən cavab gözləyirlər
-
Nida Xəbər 12:57Mübariz Mənsimov barəsində istintaq başladılıb?
-
İdman12:16Qurban Qurbanovdan eyhamlı açıqlama: Hər futbolçunun bir ağası olar







.jpg)



.jpg)



























