Sosial
Anasının kartındakı pulları oğurlayıb arvadına göndərdi - FOTO
Sumqayıt şəhər sakinlərindən birinin bank kartından 4244 manat vəsaiti naməlum şəraitdə oğurlanıb.
Publika.az xəbər verir ki, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən hadisənin təfərrüatı araşdırılarkən zərərçəkənin mobil tətbiqi və kartına kibermüdaxilənin olmadığı müəyyən edilib. Bu hal isə oğurluğun zərərçəkənin ailə üzvlərindən birinin iştirakı ilə törədildiyinə əsaslı şübhələr yaradıb.
Həyata keçirilən tədbirlər nəticəsində zərərçəkənin oğlu X.Əhmədov talama cinayətini törətməkdə şübhəli bilinərək saxlanılıb.
Araşdırmalarla onun 4 ay ərzində anasının mobil telefonundan gizli şəkildə mobil bank tətbiqinə daxil olduğu, daha sonra hesabdakı pul vəsaitini həyat yoldaşına və özünə məxsus ayrı-ayrı kartlara köçürdüyü məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə






































