Sosial
"Mədəniyyət və hüquq” mövzusunda forum panel müzakirələrlə işini davam etdirir
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində işə başlayan "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum açılış mərasimindən sonra panel müzakirələrlə işini davam etdirir.
Publika.az xəbər verir ki, "Mədəniyyət və hüquq" mövzusunda ilk panel Vəkillər Kollegiyası Biznes hüququ komitəsinin sədri Nazlı Əhmədovanın moderatorluğu ilə gerçəkləşib. Paneldə "Mədəniyyət: milli və qlobal baxış", "Azərbaycan dili və digər mədəniyyət dəyərləri" və "Dövlət və hüquq mədəniyyət hadisəsi kimi" mövzuları üzrə müzakirələr aparılıb.
Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundova, millət vəkili Erkin Qədirli, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti kulturoloq Fuad Məmmədov, ADA Universiteti Hüquq fakültəsinin dekan müavini Cavid Qədirov və hüquqşünas, tədqiqatçı Emil Məcidov mövzu üzrə fikirlərini bölüşüblər. Çıxışlarda ictimai fikirdə mədəniyyət və hüquq anlayışlarına münasibət, yaradıcı məhsul və hüquqi tənzimləmələr, eləcə də bu sahədə beynəlxalq təcrübə kimi məsələlərə toxunulub. Sonda auditoriyanı maraqlandıran suallar cavablandırılıb, təkliflər səsləndirilib.
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə






































