Sosial
Eltac yığdığı pulla maşın alacaqmış - VİDEO
“Eltacın mənə maşın almaq arzusu vardı. Deyirdi, ata, sənə Novruz bayramında sürpriz edəcəyəm. Sürprizi bircə bacısı bilirmiş”.
Publika.az xəbər verir ki, bunu Xəzər TV-yə ötən ay Bakıda ofisiant işlədiyi restoranın yaxınlığında faciəvi şəkildə vəfat edən 19 yaşlı Eltac Əliyevin atası deyib.
“20 ildir Masazırda yaşayıram, yollarımız pis gündə idi. Bu iş başıma gələndən sonra o pulu ora qoydum ki, gəlib-gedən ona rəhmət oxusun”, - o əlavə edib.
Qeyd edək ki, noyabrın 21-i Binəqədi rayonu Biləcəri qəsəbəsində “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşını dəmir konstruksiyalı pilləkən apararkən cərəyan vurub. Nəticədə Emil Quliyev (2005), Əkbər Zeynalov (2007), Cavidan Muradov (1998) və Eltac Əliyev (2006) vəfat ediblər.
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə





































