Sosial
Qar yağır - FAKTİKİ HAVA
Saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Dağlıq ərazilərdə qar yağıb.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, yağan qarın hündürlüyü Şahdağda 5, Qrız və Xınalıqda 4 sm-dir.
Bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 35, Qobustanda 29, Şirvanda 22, Neftçalada 17, Sabirabadda 15, Şamaxıda 13, Cəlilabad, Biləsuvarda 11, Şabran, Lənkəranda 9, Altıağac, Astarada 7, Şahbuz, Xaçmaz, İmişli, Kürdəmirdə 6, Lerikdə 5, İsmayıllı, Ordubad, Xaltan, Qəbələdə 4, Cəbrayıl, Şəki, Yardımlıda 3, Ağstafa, Culfa, Quba, Göyçay, Zərdabda 2, Daşkəsən, Mingəçevir, Gəncə, Naxçıvan, Sədərək, Tovuz, Qax, Yevlax, Tərtər, Qusar, Beyləqan, Oğuz, Kəlbəcər, Laçın, Qubadlı, Şuşada 1 mm-dir.
Sumqayıt, Daşkəsən, Göygöl, Şəmkir, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qrız, Göyçay, Lerik, Qobustan, Yevlax, Kürdəmir, Zərdab, Sabirabadda duman müşahidə olunub. Görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə






































