Sosial
İtkin balıqçıların axtarışına helikopter cəlb olundu - VİDEO
Dekabrın 9-da Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal olunan 1999-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənov və 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənovun, həmçinin sentyabrın 27-də dənizdə batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Tural Hüseynağa oğlu Sultanovun axtarışları davam etdirilir.
Publika.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Axtarışlar FHN-in Aviasiya dəstəsin helikopteri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin qüvvələri tərəfindən həyata keçirilir.
Əlavə məlumat veriləcək.
xxx
Astarada itkin düşən balıqçıların axtarışları davam etdirilir.
Publika.az xəbər verir ki, bu gün günorta saatlarından etibarən axtarışlara Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin bir helikopteri də cəlb olunub.
Bununla yanaşı, axtarışlara FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin kiçik həcmli gəmiləri və iki dalğıc qrupu da qoşulub.
Hazırkı saatlara qədər aparılan axtarışlar hələlik müsbət nəticə verməyib.
Qeyd edək ki, Astara rayonunun Şahağac kənd sakinləri olan Ağadədə və Turan Həsənov iki gün əvvəl balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxıblar və onlarla bir daha əlaqə saxlamaq mümkün olmayıb.
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə






































