Sosial
ADSEA qışda su sayğaclarının donmadan qorunması ilə bağlı xəbərdarlıq etdi
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirməkdədir. Əsasən kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir.
Bu barədə Publika.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunur ki, bu tədbirlər nəticəsində xətlər intensiv yağışlar zamanı həm yağış sularını həm də tullantı sularını maneəsiz şəkildə daşıya bilir. Eyni zamanda kanalizasiya nasos stansiyaları təftiş olunur, mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir.
Qış aylarında əsasən problemlər sayğaclar və magistral paylayıcı şəbəkələrdə baş verən donvurmalar nəticəsində yaranır. Primitiv qaydada çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya tələbi nəzərə alınmır. Tövsiyəmiz odur ki, həmin xəttlər ya izolyasiya olunmalı ya da torpaq altına keçirilməlidir.
İstehlakçıların diqqətinə çatdırırıq ki, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə, kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmamasına görə sayğacın giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı, sayğac qutusunun qapağı bağlı qalmalıdır. Donvurmadan mühafizə tədbirləri məqsədilə açıq havada qalan boruları, sayğacın özünü isti materiallarla örtmək, qutunun içərisini ağac yonqarı ilə doldurmaq vacibdir.
-
Əmlak18:24Bakıda torpaq bahalaşıb - SƏBƏBLƏR/VİDEO
-
Magazin217:22Ülviyə "Taşacak bu deniz" serialında rol almayacaq
-
Region16:43Pezeşkian: "Xaricdən ölkəyə terrorçular göndərilib"
-
İqtisadi gündəm15:41Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərildi
-
İdman15:35Onun iynəsinin biri 250 min dollaradır
-
Sağlamlıq15:27Həkimdən ətiri dəriyə vuranlara xəbərdarlıq: Xərçəng riski var!
-
Magazin215:16Teleaparıcı büsqaltersiz poza verdi - FOTO
-
MDB14:44XTQ texnikaları belə partlatdı - Yeni əməliyyat görüntüləri
























.webp)














