Sosial
Tapdığınız əşya nə zaman sizinki sayılır? - Hüquqşünas izah etdi
Hər birimiz həyatımızda ən azı bir dəfə hansısa maddi və ya mənəvi dəyəri olan əşyamızı itirmişik. Bəzən də itirən deyil, tapan tərəf olmuşuq. Bəs maraqlıdır, itən əşyaların aqibəti necə olur.
Bu əşyalar tapan şəxsin mülkiyyəti sayıla bilərmi?
Publika.az xəbər verir ki, hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, Mülki Məcəllənin 186-cı maddəsinə əsasən, itirilmiş əşya ilə bağlı qaydalar belədir:
- hər hansı bir şəxs itirilmiş əşyanı taparsa, o bu barədə dərhal həmin əşyanın sahibinə və ya sahibi məlum deyilsə, polisə məlumat verməli və əşyanı təhvil verməlidir;
- tapılan əşya barədə məlumat verildikdən sonra bir il ərzində sahibi onu geri almazsa, əşyanı tapan şəxs onun üzərində mülkiyyət hüququ qazanır;
- əgər əşya sahibi tapılan əşyanı geri götürmək istəyərsə, bu halda onu tapan şəxs əşyanın dəyərinin 5 faizinədək hədiyyə (bəxşiş) tələb edə bilər;
- bundan əlavə, əşyanı tapan şəxs mülkiyyətçidən həmin əşyanın saxlanılması ilə bağlı çəkilmiş xərclərin ödənilməsini tələb etmək hüququna malikdir.
Daxili İşlər Nazirliyindən isə bildirilib ki, itən əşyalar adətən vətəndaşlar tərəfindən Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyində fəaliyyət göstərən Tapıntılar Bürosuna təqdim olunur.
Qeyd olunub ki, əgər sənəd və ya əşyanın sahibi müəyyən edilməzsə, tapıntılar bir ay müddətində büroda saxlanılır:
"Bu müddət ərzində əşyaların sahibinin müəyyənləşdirilməsi üçün bütün mümkün vasitələrdən istifadə olunur. Əgər həmin vaxtda heç kim müraciət etməzsə, tapıntılar qanunvericiliyə uyğun şəkildə aidiyyəti qurumlara təhvil verilir". (baku.tv)
-
Avropa09:00Starmer haqqında ŞOK İTTİHAM
-
Magazin108:24Kamil Zeynallı atasından imtina etməsindən danışdı: Lazım gəlsə...
-
Sosial07:55Azərbaycanda bu şəxslərə ikiqat maaş veriləcək
-
İdman07:15Dünyanın ən bahalı komandaları açıqlandı - “Real” və Barselona” onlardan geri qalır
-
Magazin206:1653 yaşlı Gülbenin dekoltesi gündəm oldu - FOTO
-
ABŞ02:43ABŞ-ı könüllü tərk edən miqrantlara bu qədər pul veriləcək - Məbləğ ARTIRILDI
-
MDB02:19Rusiya bu ölkədən diplomatlarını TƏXLİYƏ EDİR
-
Qoroskop01:40Günün ulduz falı: Gələcək planlarınızda daha cəsarətli olun!


























