FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
Bizi izləyin

Sosial

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsindən ibarət olub.

FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı "ASAN xidmət" mərkəzində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecində maarifləndirmə tədbirləri olub.

Həmçinin Bakı şəhəri, Yasamal rayon 225, Xətai rayon 59, Səbail rayon 91 və 163 nömrəli tam orta məktəblərdə, Gəncə RM tərəfindən Gəncə şəhər 45 nömrəli xüsusi məktəbdə, Sumqayıt RM tərəfindən ASAN könüllüləri üçün mərkəzin inzibati binasında, Sumqayıt Reabilitasiya Mərkəzində, Sumqayıt şəhər 32 nömrəli tam orta məktəbdə, Sumqayıt Gömrük İdarəsində, Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında və 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində, Muğan RM tərəfindən Şirvan şəhər 16 nömrəli tam orta məktəbdə, Şimal RM tərəfindən Şabran rayonu, Aygünlü kənd orta məktəbində, Şimal-qərb RM tərəfindən Qəbələ rayonu, S.Məmmədov adına Məlikli kənd, T.Yaqubov adına Bum qəsəbə və Həmzəli kənd tam orta məktəblərində və Yenikənd kənd uşaq bağçasında, Aran RM tərəfindən Mingəçevir şəhər 1 nömrəli və Ağdaş rayonu, Kotavan kənd tam orta məktəblərində və Cənub RM tərəfindən Astara rayon A.İbrahimov adına Şüvi kənd tam orta məktəbində və Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzində də maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ zamanı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm