Sosial
Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində Yeni il süfrəsi açıldı - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub.
Publika.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.
Leyla Əliyeva və Arzu Əliyeva sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb, onlarla birlikdə bayram süfrəsi arxasında səmimi söhbət ediblər. Ahıl şəxslər ölkəmizdə yaşlı insanlara, onların problemlərinin həllinə hər zaman qayğı göstərildiyini söyləyib, burada onlar üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Bayram proqramı çərçivəsində bədii hissə də təqdim olunub. Ahıl şəxslər musiqilər ifa edib, şeirlər söyləyib, səhnəcik nümayiş etdiriblər.
Leyla Əliyeva və Arzu Əliyeva ahıl şəxsləri Yeni il münasibətilə təbrik edib, onlara cansağlığı arzulayıblar.
Ziyarət zamanı onlar sosial xidmət müəssisəsində ahıllar üçün yaradılan şəraitlə də tanış olublar.
Tədbirin sonunda sosial xidmət müəssisəsinin sakinlərinə bayram hədiyyələri paylanılıb.
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman2 Aprel 19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ2 Aprel 19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
















.png)


















