Sosial
"Adore"un 402 manatlıq ətrinin keyfiyyətindən narazılıq - VİDEO
Paytaxt sakini tanınmış parfümeriya şəbəkələrindən olan "Adore”dan aldığı ətrin keyfiyyətindən narazıdır.
Publika.az xəbər verir ki, bu şikayətlə APA TV-yə Gülər Mehdiyeva müraciət edib.
Onun sözlərinə görə, yüksək məbləğə aldığı ətrin nə qoxusu, nə də qalıcılığı təqdim olunan xüsusiyyətlərə uyğundur.
Şikayətçi məsələ ilə bağlı həm mağazaya, həm də rəsmi səhifələrə müraciət etdiyini, lakin buna laqeyd münasibət göstərildiyini iddia edib:
"Dekabrın 3-də "Adore”un "Gənclik Mall” filialından ətir aldım. Məhsulun öz qiyməti 402 manat, 30 faiz endirimlə 281 manat 40 qəpik idi. Evə gələndən sonra açıb istifadə etdim və gördüm ki, ətrin iyi tamamilə fərqlidir. Həm kəskin qoxu, həm də spirt iyi gəlirdi. Qalıcılığı da heç yox idi. Əvvəlcə səhifələrinə yazdım, cavab verilmədi. Daha sonra mağazaya yaxınlaşdım, onda da inkar etdilər ki, "bizdə saxta ətir olmur”. Laqeyd yanaşdılar və dedilər ki, "hara istəsəniz, müraciət edə bilərsiniz”.
G.Mehdiyeva qeyd edib ki, məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinə (AİB) də müraciət edib.
AİB sədri Eyyub Hüseynov bildirib ki, ictimai rəydə "Adore” parfümeriya və kosmetika mağazalar şəbəkəsi barədə mənfi rəylər mövcuddur:
"Böyük endirimlərlə istehlakçıları cəlb edərək onun tələbatına uyğun olmayan və natural ətirlə identik olmayan məhsullar satırlar. Nazirlər Kabinetinin 114 saylı Qərarından sui-istifadə edərək istehlakçıların hüquqlarını pozurlar”.
"Adore” parfümeriya və kosmetika mağazalar şəbəkəsinin baş direktor müavini Yusif Zeynalov məsələ ilə bağlı bildirib ki, məhsul istehalçı şirkət tərəfindən hansı formada istehsal olunubsa, mağazalarda da eyni şəkildə satışa təqdim edilir.
Onun sözlərinə görə, daxil olmuş şikayətlə bağlı müvafiq brend artıq məlumatlandırılıb: "Həmin məhsulla bağlı həm gigiyenik sertifikatımız, həm məişət sertifikatımız, həm də gömrük bəyannaməmiz var. Həmin məhsul birbaşa Avropada brendin öz zavoduna göndərilə və orjinallığı yoxlanıla bilər”.
Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən isə müvafiq araşdırma aparıldığı vurğulanıb:
"Qeyd olunanları nəzərə alaraq bildiririk ki, vətəndaşın müraciəti hazırda araşdırma mərhələsindədir. Araşdırma yekunlaşdıqdan sonra əldə edilmiş nəticələr barədə müraciət edən tərəfə qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi qaydada məlumat veriləcək”.
"Əgər müştəriyə satılan məhsulun saxta olduğu aşkarlanarsa, vətəndaş təzminat tələb edə bilər. Həmin məhsula görə şirkətin əldə etdiyi, formalaşdırdığı dövriyyəyə uyğun olaraq cərimə sanksiyası tətbiq oluna bilər. Eyni zamanda vətəndaş da ödəniş etdiyi məhsula görə vurulmuş zərərin tam məbləğini və mənəvi zərəri də tələb edə bilər”, - bunu isə məsələnin hüquqi tərəflərini izah edən hüquqşünas Ramil Süleymanov qeyd edib.
-
Qoroskop01:40Günün ulduz falı: Enerjinizi bu işlərə yönəldin!
-
Dünya01:20ABŞ əməliyyatdan öncə Maduroya görün nə təklif edib
-
Region00:15Əraqçi ailəsi ilə birgə İrandan qaçdı - Hansı ölkəyə?
-
Nəqliyyat9 Yanvar 22:56Bakıda bu taksi şirkəti fəaliyyətini dayandırır
-
Cənubi Qafqaz9 Yanvar 22:42Tbilisidə məşhur ticarət mərkəzi YANDI - YENİLƏNDİ
-
Region9 Yanvar 22:14Rza Pəhləvi Trampdan kömək istədi: İrana müdaxilə etməyə hazır olun!
-
Maraq dünyası9 Yanvar 22:0040 ildir izlənirdi: Dünyanın ən böyük aysberqi bir neçə günə parça-parça olacaq
-
MDB9 Yanvar 20:48Rusiya Qara dənizdə 2 gəmiyə zərbə endirdi: Ölü və yaralılar var - FOTO







.jpg)


.jpg)

























