Salatın Əsgərovanın oğlu Nəsimi Nəbizadənin qaçmasından danışdı: “Gülməlidir”
Bizi izləyin

Sosial

Salatın Əsgərovanın oğlu Nəsimi Nəbizadənin qaçmasından danışdı: “Gülməlidir”

“Aldığım müalicə davranışla bağlıdır, yəni insanın psixoloji durumu ilə əlaqəlidir. Tibbi və ya bildiyimiz medikamentoz müalicə deyil. Bu, tamamilə fərqli - “12 addım proqramı” üzrə aparılır”.

Publika.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında dörd aydır “Qurtuluş” Reablitasiya Mərkəzində müalicə olunan Azərbaycanın Milli Qəhrəmanı, şəhid Salatın Əsgərovanın oğlu, jurnalist Ceyhun Əsgərov deyib.

O bildirib ki, müalicəsinin bitməyinə az bir vaxt qalıb:

“Burada əsas məqsəd insanın sinir sisteminin normaya salınması, dəyərlərin yenidən formalaşdırılmasıdır. Bir çox fərqli proses baş verir. Doğrudur, bu da bir xəstəlik hesab olunur, amma klassik mənada bildiyimiz xəstəliklərdən fərqlənir. Məsələn, insanın hansısa orqanı ağır zədələnsə, onu əməliyyat edirlər və ya tibbi müdaxilə ilə müalicəsini aparırlar. Bu isə fərqli bir xəstəlikdir. Elə buna görə də müalicə prosesi də fərqli şəkildə həyata keçirilir”.

Onun sözlərinə görə, “12 addım proqramı” yeni deyil, artıq 90 ildir mövcuddur: “Yəni bu, Azərbaycanın kəşfi deyil, təxminən 90 il əvvəl ABŞ-da formalaşdırılıb və qəbul olunmuş bir proqramdır. Müalicə prosesi ümumilikdə 4 aydır ki, davam edir. Yekunlaşmağına 1 ay, 20 gün qalıb. Yəni prosesin böyük hissəsini keçmişik”.

Bəziləri hesab edir ki, “Qurtuluş” Reablitasiya Mərkəzinin rəhbərliyi C.Əsgərov və onunla birlikdə adıçəkilən mərkəzdə müalicə olunan tanınmış teleaparıcı Nəsimi Nəbizadə vasitəsilə özlərini reklam edirlər. Buradan ictimaiyyət arasında nüfuz və pul qazanırlar.

Milli Qəhrəmanın oğlu bununla bağlı iddialara belə cavab verib:

“Nəsiminin mərkəzdən ayrılmasından sonra belə iddialar yayıldı ki, guya mərkəz bizim üzərimizdən oyun qurur və pul qazanır. Açığı bir pasiyent kimi həmin ittihamları gülməli sayıram. Mərkəz onsuz da pul qazanır. Bu həm biznes, həm də müalicə işinin təşkilidir. İnsan xəstəxanada müalicə olunursa, tibb müəssisəsidə bundan qazanc əldə edir. Hansı xəstəxana pulsuz əməliyyat edir ki? Ola bilər sığorta ilə olsun, amma dövlət xəstəxanalarında belə hər müalicənin öz qarşılığı var.

İddialara gəlincə isə, mən ümumiyyətlə bu cür söz-söhbətlərə cavab verməyi sevmirəm. Məsələn, 2014-cü ildən bəri haqqımda “narkotik istifadəçisidir” kimi iddialar səslənir. Halbuki mən həyatımda narkotikin üzünü belə görməmişəm. İndi mən hər kəsə bu iddialarla bağlı ayrıca cavab verməliyəm? Əlimdə narkoloji dispanserin analiz kağızı ilə gəzib hamıya göstərməliyəm? İddialar həmişə olub və olacaq. Ona görə də bu tip sözlərə xüsusi reaksiya verməyə ehtiyac görmürəm”.

Ceyhun Əsgərov Nəsimi Nəbizadənin reablitasiya mərkəzindən qaçmasını da qınayıb:

“Müalicəni dayandırmaq qərarını Nəsimi özü verdi. Heç kim onu bunu məcbur etməyib. Bu qərar nə mənə, nə mərkəzə, nə sizə ziyan vurur. Ziyan görən yalnız onu sevənlər və ən əsası, özüdür. Əgər əvvəlki həyat tərzinə qayıdacaqsa, bunun ən ağır nəticəsini də yenə özü yaşayacaq”.

Qeyd edək ki, Nəsimi Nəbizadə və Ceyhun Əsgərov ötən ilin sentyabrında “Qurtuluş” Reablitasiya Mərkəzinə yerləşdirilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm