Sosial
Xırdalan bazarında yoxlama - Nöqsanlar aşkarlandı
Mediada yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə küçəsində fəaliyyət göstərən "Qar-Daş Company" MMC-yə məxsus kənd təsərrüfatı məhsullarının satış bazarında yoxlama aparıb.
Publika.az xəbər verir ki, baxış zamanı bazarda qida məhsullarının saxlanılması və satışına dair qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, bəzi quş əti və süd məhsullarının müşayiətedici sənədlərinin olmadığı, məhsulların müvafiq temperatur rejiminə əməl edilmədən saxlanıldığı, həmçinin mal qonşuluğu qaydalarının pozulduğu aşkarlanıb. Eyni zamanda markalanması olmayan müxtəlif növ turşuların satıldığı məlum olub.
Bununla yanaşı, ərazidə dezinfeksiya işlərinin aparılmadığı, zərərvericilərə qarşı mübarizə tədbirlərinin görülmədiyi, bazarda çalışan bəzi işçilərin sanitar geyimlə təmin olunmadığı, qida ilə təmasda olan səthlərin gigiyenik tələblərə cavab vermədiyi və digər nöqsanlar qeydə alınıb. Aşkarlanmış faktlarla bağlı müəssisə rəhbəri barəsində qanunvericiliyə uyğun olaraq inzibati qərar qəbul edilib, bazar isə nəzarətə götürülüb.
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI



































