Sosial
“OBA” beynəlxalq mükafat - "SAP Quality Awards 2025"in qalibi oldu
“OBA” marketlər şəbəkəsində tətbiq olunan “SAP SuccessFactors” layihəsi beynəlxalq miqyasda yüksək qiymətləndirilib. Layihə 24 ölkə arasından seçilərək “SAP Quality Awards 2025” müsabiqəsində “Biznes transformasiyası” nominasiyası üzrə qalib elan olunub.
Müsabiqə çərçivəsində şirkətlərdə insan resursları funksiyalarının rəqəmsallaşdırılması, biznes proseslərinin optimallaşdırılması və əməkdaş təcrübəsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər dəyərləndirilib.
“OBA” marketlər şəbəkəsində icra olunan “SAP SuccessFactors” layihəsi işə qəbul, performansın idarə olunması, təlim və inkişaf kimi əsas insan resursları proseslərinin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsini təmin etməklə əməliyyat səmərəliliyinin artırılmasını hədəfləyir.
Qiymətləndirmə zamanı layihənin bir sıra əsas üstünlükləri xüsusi olaraq ön plana çıxıb. Bunlar proseslərin rəqəmsallaşdırılması, əməliyyatların optimallaşdırılması, təşkilati çevikliyin artırılması, eləcə də əməkdaşların məhsuldarlığı və məmnuniyyətinin yüksəldilməsidir.
Məsələ ilə bağlı verilən açıqlamada rəqəmsal transformasiya prosesində insan amilinin həlledici rolu vurğulanıb. Bildirilib ki, strategiya və texnologiya nə qədər inkişaf etmiş olsa da, onların effektiv tətbiqi və davamlı optimallaşdırılması məhz insan resurslarının peşəkarlığı və komanda işindən asılıdır. Qeyd olunub ki, əldə olunan bu uğur “OBA” kollektivinin birgə səylərinin nəticəsidir.
Xatırladaq ki, 2016-cı ildən fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsi hazırda ölkənin dörd bir yanında 10 mindən çox əməkdaşı ilə milyonlarla vətəndaşa xidmət göstərir.
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu



































