Sosial
FHN orta məktəbdə təlim keçirdi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 257 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, təlimin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması olub.
Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə göstərilib, suallar cavablandırılıb.
Sonra təlimin praktiki hissəsinə start verilib.
Təlimdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra məktəbdə təxliyə planına uyğun olaraq şagird və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, yanğınsöndürənlər tərəfindən “yanğınla mübarizə” tədbirlərinə başlanılaraq çevik kəşfiyyatın aparılması, “yanğının söndürülməsi” və “xilasetmə” əməliyyatları yerinə yetirilib.
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
-
MDB10:14Əlacsız qalan ruslar benzini evdə hazırlayırlar: Əhaliyə xəbərdarlıq edildi
-
Dünya09:25Almaniyadan Türkiyə həmləsi: Etiraf etdilər ki...
-
Region08:50İran ABŞ-ın PUA-sını vurdu
-
Yaxın Şərq08:40İran ABŞ-ın Yaxın Şərqdəki bazalarına hücum etdi
-
Hadisə08:30Ağdərədə mikroavtobus dərəyə aşdı - Çox sayda yaralı var
-
Sağlamlıq08:00Baş ağrısından xilas olmaq üçün İDEAL PƏHRİZ
-
İdman07:30Haalandın bu paylaşımı milyonlarla bəyənmə aldı
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ








































.jpg)






