Pakistana məxsus yük təyyarəsi itkin düşdü
Bizi izləyin

Dünya

Pakistana məxsus yük təyyarəsi itkin düşdü

Pakistana məxsus yük təyyarəsi itkin düşdü

Pakistana məxsus "KTA1732" reys nömrəli “Boeing 737” tipli yük təyyarəsi BƏƏ-nin Şarja şəhərindən Kəraçiyə uçuş zamanı radarlardan itib.

Publika.az xəbər verir ki, bu barədə Pakistan Hava Limanları İdarəsi (PAA) məlumat yayıb.

Bildirilib ki, təyyarə ilə yerli vaxtla saat 21:32-də əlaqə kəsilib. Təyyarə Kəraçidən təxminən 555 kilometr aralıda, Bəlucistan əyalətinin Ormara sahilləri yaxınlığında itkin düşüb.

Məlumata əsasən, təyyarədə 5 ekipaj üzvü olub. Hazırda təyyarənin tapılması üçün axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm