Sosial
Sosial şəbəkədə yeni qadağanı pozanın cəzası nə olacaq?
Sayt və sosial şəbəkədə cəmiyyətə qarşı açıq hörmətsizlik hərəkətləri qadağan edilib. Söhbət burada "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanununda edilən dəyişiklikdən gedir.
Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
“Yəni bunun izahı verilir ki, əxlaqsız ifadələrin səslənməsinə, belə məzmun yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağandır. Bu da İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsi ilə məsuliyyət yaradır.
Dəyişiklik edilmiş qanunda da qadağan edilən məlumatın internetdə yerləşdirilməsinə görə cərimə var. Yəni belə bir məlumatın yerləşdirilməsinə görə vətəndaş 500 manatdan 1000 manatadək cərimə edilə bilər.
Bu dəyişiklik söz azadlığının məhdudlaşdırılması deməkdir? Xeyr.
Tutaq ki, kimsə Azərbaycan xalqına və ya bir bölgəyə və yaxud peşəyə aid hər hansısa qeyri-etik söz deyir, söyüş söyürsə, bəli, bu, qanun pozuntusudur. Ancaq kimsə sosial şəbəkədə, məsələn, “Azərbaycan xalqı qorxaqdır” desə, yenə də prinsipcə təhqirə yaxın olsa da, qanun pozuntusu deyil. Burada vətəndaş söz azadlığından istifadə edir. Yəni bu qanunda əxlaqsızlıqdan söhbət getməlidir. Əxlaqsız hərəkət yoxdursa, məsuliyyət də yoxdur”, - hüquqşünas bildirib.
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu


































