Sosial
Məhkəmə sədrinin bıçaqlanan gəlininin son durumu: Özəl klinikaya köçürüldü
Yanvarın 25-də Xətai rayonu ərazisində həyat yoldaşı tərəfindən çoxsaylı bıçaq xəsarəti alan Şəfiqə Ələkbərovanın son durumu açıqlanıb.
Publika.az xəbər verir ki, TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, onun vəziyyəti ağır olaraq qalır.
"Ş.Ələkbərova Kliniki Tibbi Mərkəzdən özəl tibb müəssisəsinə köçürülüb", - məlumatda bildirilib.
Qeyd edək ki, yanvarın 25-də Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğlu Emin Əlizadə uşaqlarının gözü qarşısında həyat yoldaşı Şəfiqə Ələkbərovaya 20 bıçaq zərbəsi vurub. E.Əlizadə hadisəni törədəndən sonra yaşadığı 10-cu mərtəbədən 16-cı mərtəbəyə qalxaraq gözləyib. Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrkən o, özünü 16-cı mərtəbədən yerə ataraq intihar edib.
Emin Əlizadənin Şəfiqə Ələkbərovanı qəsdən öldürməyə cəhd etməsi, daha sonra isə özünü hündürlükdən ataraq intihar etməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb.
-
Magazin211:48Hər şey ortaya çıxdı: Görün Xalq artistini kim maliyyələşdirirmiş - FOTO
-
Dünya11:36İranın müttəfiqləri İsrailə hücuma hazırlaşır - Bu ölkədən vuracaqlar
-
Sosial11:04Bu halda cərimə məhkumun əmlakından tutulacaq
-
Sosial10:15Bu şəxslərə maaşının 3 qatı qədər müavinət ödəniləcək - VİDEO
-
Dünya09:24Sərnişin təyyarəsi radarlardan itdi - İçərisində millət vəkili də var
-
ABŞ08:49Tramp Niki Minajın manikürünü bəyəndi: mən də dırnaqlarımı uzadacam...
-
Sağlamlıq07:35Kişilərdə bu risk 35 yaşdan sonra sürətlə artmağa başlayır - DİQQƏT!
-
Magazin106:46Nanə görünüşü ilə bağlı tənqidlərə belə cavab verdi



















.jpg)










.jpg)





