Sosial
Yeni qanunla məzuniyyət ödənişimiz necə hesablanacaq? - RƏSMİ
Yeni qaydalara uyğun olaraq məzuniyyətə gedərkən işçiyə veriləcək əməkhaqqının hesablanma qaydasına aydınlıq gətirilib.
Publika.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri ARAZ FM-ə müsahibəsində Əmək Məcəlləsinin 111-ci maddəsinə edilən dəyişikliyi şərh edib.
Onun sözlərinə görə, dəyişiklik ondan ibarətdir ki, əmək məzuniyyətində olarkən işçinin iş yeri vəzifəsi və sonuncu əməkhaqqıdan az olmamaqla orta əməkhaqqının saxlanılmasını nəzərdə tutur.
"Burada əsas məsələ "sonuncu əməkhaqqı"ya aydınlıq gətirilməsi ilə bağlıdır. Sonuncu əməkhaqqı dedikdə şəxsin tariflər çıxılmaqla əldə etdiyi maaşdan yox, əmək müqaviləsində müəyyən edilmiş məbləğdən (tarif maaşı, əlavələr və mükafatlar daxil olmaqla-red.) söhbət gedir.
Misal üçün, əgər işçinin rəsmi maaşı 1000 manatdırsa və fevralın 1-dən məzuniyyətə çıxmağı planlaşdırırsa, bu zaman məzuniyyət vaxtı üçün orta əməkhaqqı hesablanır. Ödəniləcək vəsait 1000 manatdan az olduğu təqdirdə işəgötürən ona ən azı 1000 manat ödəməyə borcludur", - deyə o əlavə edib.
-
Region00:30Türkiyədə neft emalı zavodunda GÜCLÜ PARTLAYIŞ
-
Magazin100:15“Boşandığımızı kim deyib?”
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sabah həyat sizə cavab verəcək
-
Magazin129 Yanvar 23:48Talıb Tale özünə yeni peşə tapdı
-
Sosial29 Yanvar 23:36Yeni qanunla məzuniyyət ödənişimiz necə hesablanacaq? - RƏSMİ
-
Hadisə29 Yanvar 23:24Abşeron Gənclər Şəhərciyində YANĞIN: sakinlər təxliyə olundular - VİDEO
-
Magazin129 Yanvar 23:12Həmin gün onlar da barışdılar - VİDEO
-
Avropa29 Yanvar 23:00Məşhur iş adamının cəsədi tapıldı - Oteldə olan zaman iki nəfər...


























.jpg)





