Sosial
“Bakcell” “Peerstack Academy”nin innovasiya tərəfdaşıdır
İnnovasiya lideri “Bakcell” 21-ci əsrin proqramlaşdırma akademiyası olan “Peerstack Academy” ilə strateji tərəfdaşlığa başlayıb.
Əməkdaşlıq çərçivəsində innovasiya və süni intellekt sahəsində potensial layihələrin icrası, real sənaye ehtiyaclarına uyğun proqramlaşdırma bacarıqlarının inkişafı və texnologiya sahəsində ixtisaslı kadrların yetişdirilməsi əsas istiqamətlər kimi müəyyən edilib.
“Peerstack Academy” layihəyönümlü və praktiki yanaşmaya əsaslanan proqramlaşdırma təlimləri təqdim edən müasir IT akademiyasıdır. Akademiyanın kampusu Azərbaycan Texniki Universitetinin binasında yerləşir. Tədris modeli real iş mühitinə uyğun bacarıqların formalaşdırılmasına və beynəlxalq standartlara cavab verən texnoloji mütəxəssislərin hazırlanmasına fokuslanır.
Hazırda “Peerstack Academy”də 100-dən çox aktiv tələbə təhsil alır. Tərəfdaşlıq çərçivəsində ilk il ərzində 250 tələbənin təqaüd proqramı ilə əhatə olunması nəzərdə tutulur.
Təlim çərçivəsində tələbələr “Ruby”, “JavaScript”, “React”, “PostgreSQL” və REST API kimi texnologiyalar üzrə praktiki təcrübə qazanır, proqramı uğurla tamamladıqdan sonra isə iki beynəlxalq akkreditasiyalı diplom və işlək tətbiqlərdən ibarət portfoliolarla məzun olurlar.
“Bakcell” və “Peerstack Academy” arasında qurulan bu əməkdaşlıq innovativ ideyaların real texnoloji həllərə çevrilməsi üçün yeni imkanlar yaratmaqla yanaşı, ölkədə texnologiya sahəsində insan kapitalının inkişafına töhfə verməyi hədəfləyir.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
-
İdman15:25"Qarabağ"ın pley-offdakı rəqibi müəyyənləşdi
-
MDB15:06Kreml təsdiqlədi: Tramp Putindən xahiş edib ki, fevralın 1-nə qədər...
-
İdman13:13"Barselona" sadəcə futbol klubu deyil: Görün Dubayda nə tikəcəklər - FOTOLAR
-
Rəsmi xronika12:44Prezident yeni səfiri qəbul etdi - FOTO/YENİLƏNDİ
-
Köşə12:42Mən bu qadınların qarşısında baş əyirəm!
-
İdman11:12Ulduz futbolçunun yaşca özündən böyük xanımı: Görün kimdir - FOTOLAR
-
Dünya11:00Türkiyə bu ölkəyə meydan oxuyur: İcazəmiz olmadan heç nə edə bilməzsiniz
-
Region10:18Köçəryan Türkiyəyə qarşı ərazi iddiası irəli sürdü - FOTOFAKT












.jpg)





.jpg)













.jpg)





