Magazin1
Əməkdar artist “Temu”nu məhkəməyə verdi: Şəklindən istifadə edilib... - FOTO/VİDEO
Əməkdar artist Nahidə Orucovanın fotosu Çinin onlayn alış-veriş platforması olan "Temu"da yerləşdirilib. Məhsulun effektini göstərmək üçün tonal kremin reklamında azərbaycanlı aktrisanın fotosundan istifadə edilib. Sözügedən foto isə azərbaycanlı stilist Anar Ağakişiyevin 2018-ci ildə Əməkdar artistlə çəkdiyi dəyişim videosundan götürülüb.
Publika.az xəbər verir ki, bununla bağlı əməkdar artist Nahidə Orucova Medialoq.az-a açıqlama verib.
O qeyd edib ki, "Temu" şəkli özbaşına paylaşıb:
"Bu məsələyə dair vəkillə danışmışam. Mənə xəbər vermədən, hansı ixtiyarla bu şəkil ucuz məhsullarla paylaşılıb? Öz tərəfimdən, mətbuat katibim onlara məktub göndərib. Hələ ki, onlardan cavab yoxdur. O foto illər öncə çəkilib və orada Anar bəy öz məhsullarından istifadə edib. Anarın bütün məhsulları brenddir. Lakin onlar, öz ucuz məhsullarını mənim şəklimlə brend kimi təqdim ediblər. Bütün hallarda bu məsələ məhkəməlikdir. Mən icazə verirəm, bu məsələ qaldırılsın".
Məsələ ilə bağlı "Temu"dan Publika.az-a bildirilib ki, platformada görüntülərin və ya məzmunun hər hansı icazəsiz və ya qeyri-münasib istifadəsi qadağandır:
"Əqli mülkiyyət hüquqlarını qorumaq və çaşdırıcı məzmunun qarşısını almaq üçün müvafiq siyasətlər və icra prosesləri həyata keçiririk. Bu məsələdən xəbərdar olduqdan sonra, biz dərhal həmin elanı sildik və siyasətimizə uyğun olaraq bu növ halları izləməyə və aradan qaldırmağa davam edəcəyik".
-
İdman21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin220:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin219:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar














.jpg)





















.jpg)